İspaniyanın "Barselona" klubunda prezidentliyə namizəd Aqusti Benedito "Kamp Nou" stadionunun sökülməsini təklif edib.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, Benedito bunu seçki kampaniyasını təqdim edərkən bildirib.
O, qalib gələcəyi təqdirdə, komanda üçün yeni stadion tikəcəyini vəd edib. Namizəd hazırda buna nail olmaq üçün iki variantı nəzərdən keçirir: Bunlardan biri "Kamp Nou" stadionunun sökülməsi və komandanın müvəqqəti Olimpiya Stadionuna köçməsi, digəri isə San-Joan-Despi bələdiyyəsində yeni arenanın inşasıdır.
Qeyd edək ki, Aqusti Benedito üçüncü dəfə klub prezidentliyinə namizəd olub. O, 2010-cu ildə 8 044 səs, 2015-ci ildə isə 3 368 səs toplayıb.