İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ançelotti "Mançester Yunayted"ə rəhbərlik etməkdən imtina edib.
Sportnet.az xəbər verir ki, 61 yaşlı italiyalı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında bildirib.
İtaliyalı baş məşqçi təklifin 2013-cü ildə gəldiyini söyləyib: "Aleks Ferqyusonla yaxşı münasibətlərimiz var. "Mançester Yunayted"dən ayrılanda mənə komandaya rəhbərlik etməyimi təklif etdi. Hətta görüşümüz də oldu. Həmin vaxt "Real Madrid"in baş məşqçisi olmağa yaxın idim. Bu səbəbdən imtina etdim".
Qeyd edək ki, "Everton" bu gün Liqa Kubokunun 1/4 finalında "Mançester Yunayted"lə üz-üzə gələcək.