
Fransanın "Nant" komandasının baş məşqçi postuna Raymon Domenek təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni vəzifədə ilk sınaq yanvarın 6-da "Renn"ə qarşı olacaq.
Domenekin son iş yeri 2004 - 2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. O, "xoruzlar"la 2016-cı il dünya çempionatının finalınadək irəliləyib.
Qeyd edək ki, "Nant" Fransa Liqa 1-dəki son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı yerdə qərarlaşıb.