İngiltərə Premyer Liqasının XVI turunda bu gün "Everton" və "Mançester Siti" klubları arasında keçirilməli olan oyun təxirə salınıb.
Sportnet.az Liverpul klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna "şəhərlilər"in heyətində koronavirusa yoluxma səbəb olub.
Qarşılaşmanın yeni tarixi açıqlanmayıb. Bu barədə əlavə məlumat veriləcək.