İngiltərənin "Mançester Siti" klubunda koronavirusa yoluxanların sayı bəlli olub.
Sportnet.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər"in daha üç futbolçusunun testi müsbət nəticə verib.
Beləliklə, klubda aktiv xəstə sayı 7-yə çatıb. "Mançester Siti" dekabrın 25-də futbolçular Qabriel Jezus, Kayl Uoker və klubun iki işçisinin virusa yoluxduğunu açıqlayıb.
Qeyd edək ki, dünən Premyer Liqanın XVI turunda keçirilməli olan "Everton" - "Mançester Siti" matçı təxirə salınıb.