İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçsii Kike Setyen yenidən bu komandada işləmək istəyir.
Sportnet.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlamasında bildirib.
İspaniyalı baş məşqçi futbolçularla münasibətinin yaxşı olduğunu söyləyib: "Bizim pis xatirələrimiz də var. Bu, qeyri-adi təcrübədir. Bu dəfə istədiyimiz qədər ləzzət almadıq, gözlənilən qədər çətinlik çəkdik. Ancaq "Barselona"ya qayıtmaq istəyərdim, klubda işləməkdən heç vaxt peşman olmadım".
Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib. Onu niderlandlı Ronald Kuman əvəzləyib.