
İngiltərə Premyer Liqasında çıxış edən klublar koronavirus pandemiyasının yeni dalğası səbəbindən mövsümün dayandırılacağından ehtiyat edirlər.
Sportnet.az ESPN nəşrinə istinadən xəbər verir ki, komandalar ölkənin şəhərlərində karantin tədbirləri sərtləşdirililəcəyi halda vahid fəaliyyət planının olmamasından narahatdırlar.
Adının açıqlanmasını istəməyən Premyer Liqa rəsmisi futbolçular arasında yoluxma hallarının çox olmasında klubları günahlandırıb. O, təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmadığını bildirib.