
Fransanın "Bastiya" komandasının sabiq futbolçusu Kristofer Mabulu dünyasını dəyişib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ötən gün dostları ilə futbol oynayərkən qəflətən ürəyi dayanıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, peşəkar karyerasına Fransanın "Şatoru" komandasında başlamış Konqo əsilli oyunçu "Nansi" və "Evian" klublarının formasını geyinib. O, həmçinin Yunanıstan təmsilçisi "PAS Yannina"da da çıxış edib.