Futbol üzrə Libertadores Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, Braziliyanın "Santos" komandası yarımfinalın ikinci görüşündə Argentina təmsilçisi "Boka Xuniorsu 3:0 hesabı ilə məğlub edib.
Komandalar arasındakı ilk görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, "Santos" yanvarın 30-da finalda Braziliyanın digər klubu "Palmeyras"la üz-üzə gələcək. Beləliklə, tarixdə üçüncü dəfə Libertadores Kubokunun finalında iki Braziliya təmsilçisi mübarizə aparacaq.