1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan millisi bizi heyrətləndirdi"
Yaponiya yığmasının baş məşqçisi Atsuşi Uçiyama Valentin Qranatkinin xatirə turnirində Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandasına 0:1 hesablı məğlubiyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, Uçiyama millimizin budəfəki çıxışından heyrətləndiklərini bildirib.
O deyib: "Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”.