
"Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik. Meydana çıxmışıqsa, uduzmamalıyıq". Sportnet.az-ın məlumatına görə, bunu Valentin Qranatkinin xatirə turnirində Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandasına uduzan Rusiya-2 yığmasının baş məşqçisi Mixail Qalaktionov deyib.
O, komandasının istəyindən və mübarizə əzmindən razı qaldığını bildirib: "Bu mənada, rəqibin yaxşı oyununu da unutmaq olmaz. Azərbaycan yığması topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün əsas amil deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik”.
Qeyd edək ki, görüş yığmamızın qələbəsi ilə yekunlaşıb - 4:2.