
Azərbaycan Premyer Liqasının qış fasiləsinə lider kimi yollanan "Qarabağ"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplantısında rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Ağdam komandası qardaş ölkəyə yollandıqdan bir həftə sonra ilk matçına çıxacaq.
Fevralın 1-dək "İC Santai" otelində məskunlaşacaq "Qarabağ" bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır:
17 Yanvar – "Split" (Xorvatiya)
21 Yanvar – "Sürix" (İsveçrə)
24 Yanvar – "Levski" (Bolqarıstan)
27 Yanvar – "Legiya" (Polşa)
29 Yanvar – "Mordoviya" (Rusiya)
31 Yanvar – "Tarqu Mures" (Ruminiya)






































































