
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci qrup mərhələsi çərçivəsində yanvarın 7-də Sankt-Peterburq, yanvarın 8-də isə Koreya Respublikasının komandası ilə qarşılaşacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın iştirakı ilə keçiriləcək hər iki oyunu AFFA-nın Texniki direktoru Bernhard Lippert də izləyəcək.