1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov möcüzəsi
Nurlan İBRAHİMOV
Kipr. "Apoel"in mətbuat katibi Qurban Qurbanovla bəndənizi kofransa aparır. Liftə minərkən:
- Nurlan, olar "koç"a sual verim?
- Əlbəttə.
Nektarius (mətbuat katibi) bir an duruxur və başlayır:
- Balaca, futbolu ilə tanınmayan ölkədə ardıcıl bu qədər çempionluq, avrokuboklarda oynamaq, ÇL.. Bunu necə bacarıb? Axı, hardan baxsan, inanılmaz bir şeydi. Bu gücü, səbri, inamı, möcüzənin yolunu hardan tapıb? Bunun sirri nədi?
"Hoca"ya dönürəm. Nadir hallarda təsadüf olunan təbəssümüylə qımışır, "başa düşdüm" deyir, tərcüməyə ehtiyac qalmır. Bir neçə saniyədən sonra qətiyyətlə 3 kəlməlik cavab verir...
Nə cavab verdiyini burAda yazmayacağam. Əslində bəlkə də Nektarius 3 kəlimənin "sehrinə" inanmadı, amma yəqin Qurbanovun sözlərindəki və gözlərindəki qətiyyət yəqin onun uzun müddət düşündürəcəkdi...
..İlk dəfə 2011-ci il bu günündə "Bizim Qurbanımız var" yazısı yazmışdım. O zaman Qurbanov uğur epopeyasının dayaqlarını yeni atırdı. İnamla, yorulmadan, həqiqətən də gecə-gündüz çalışaraq pillə-pillə amma qəti, ağır addımlarla xəyal(larımız)a doğru gedirdi. Yazını oxuduğunu ötəri "o nədir, yazmısan, kövrəltdin məni" deyəndə bildirməməyə çalışsa da, çox təsirləndiyini qaçırdığı gözlərindən sezmək olardı.
.. Və 10 ildən sonra 2-ci dəfə onun haqqında artıq bu yazını yazanda Nektariusun məlum sualına qədər futbol dünyamızda çox şey dəyişdi. Bu 10 ildə yunan dostumuzun dediyi "möcüzə" dünyanın hər tərəfinə yayılmağa başladı. Amma bütün bunlar 10 il bundan qabaqkı Qurbanı dəyiş(dir)mədi. Bu 10 ildə Azərbaycan üçün milyardların edə bilməyəcəklərini etdi. Canı qədər sevdiyi, duasında belə əsirgəmədəyi Azərbaycanı üçün bəlkə də ilahi missiya kimi ürəyində, əzmində qorudu. "Qarabağ"la Qarabağ həqiqətlərini dünyaya daşıdı, danışdırdı. Unutdurmağa qoymadı.. ELə bir tək "Çelsi" ilə oyunun mətbuat konfransıdankı çıxışı onun Vətən sevgisinin nə olduğunu göstərər.
.. Qurbanov böyük şəxsiyyətdir. Onun ölkə üçün ölkəni aşan uğurları şəxsiyyətindən doğur. Ona əngəl olmağa çalışdılar, artan uğurlarından qorxub ayağının altını qazmağa çalışdılar. Amma "sınmadı". Susdu. Çox inandığı təvəkkülünə sığındı. Heç bir zaman bir kəlmə artıq söz demədi, dedizdirmədi (bu yazını oxusa, deyəcək ki, gərək bunu yazmazdın). Onunla çalışdığım 13 ildə kimsə haqqında 1 kəlmə pis söz söyləmədi, onu məyus edənləri belə üzmədi, danışmadı.
Elə ondan öyrənməyə çalışdığım ən böyük anlayış bu olub: səbrli olmaq, səbri gücə çevirmək. Hər atılan daşa reaksiya verməmək, hər atılanı toza çevirmək əzmi kimi.
.. İndi işgüzar münasibətimiz olmadığına görə bunları yaza bilərəm: Bu adamın etdiklərini başqa ölkədə kimsə etsəydi, ən azı adına stadion olardı, bir neçə heykəli qoyulardı. Bu adamın etdiklərini ölkədən kənarda Nektariusun dediyi "möcüzə" kimi dəyərləndirirlər. Təbii ki, biz adamlara sağlığında dəyər verməyə alışmamışıq. Aydındır ki, Qurbanov da nəfəs aldıqca o "nəfəs"i ona çox görəcəyik. Təbii ki, Qurbanov da insandır, xətaları var. Olacaq da. Elə mənimlə də münasibət daim sabit olmayıb. Amma 50-dən çox avrokubok səfərində dünyanın gözündə "Qarabağ"ı, Azərbaycanı başqa "dünya"da hörmət etdirməsinə zərrə-zərrə yaşamışam. Bunu heç nə və kimsə dəyişdirə bilməz.
.. Bir gün düşündüyüm kitabı yazası olsam, o qədər incə detal var ki... Qurbanov da, "Qarabağ"ı da, "Qarabağ"dan Qarabağa gedən yolun "möcüzəsi", elə Vətən müharibəsinin ən həssas dönəmində bu fotonun tarixçəsində "Legiya" mənsublarının dediyi "Baş məşqçiniz komandanza elə motivasiya vermişdi ki, bu gün "Real Madrid" da olsaydı, qələbə qazancaqdınız" rekviyeminə kimi...