
"Keşlə" futbol klubunun Mətbuat xidmətinin rəhbəri Murad Axundov istefa verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalist özünün feysbuk səhifəsində paylaşım edib.
O, başda klub rəhbərliyi olmaqla, birlikdə çalışdığı hər kəsə təşəkkürünü bildirib, komandaya isə uğurlar arzulayıb.
Qeyd edək ki, Murad Axundov 2019-cu ildən "Keşlə"də çalışırdı.