
Bu həftə Topaz Premyer Liqasının 2014/15 mövsümünün ikinci yarısına start veriləcək. Sportnet.az-ın məlumatına görə, 23-cü Azərbaycan çempionatının qarşıdakı 18 turu iştirakçı klublar üçün bir sıra yubileylərlə əlamətdar olacaq.
İndiyədək baş tutan çempionatların ümumi turnir cədvəlinə əsasən 9 komanda müsbət və mənfi mənalı yubileylə qarşılaşa bilər.
Ümumilikdə isə 23 il əvvəl – 1992-ci ildə start götürən çempionatlarda indiyədək 57 komanda çıxış edib. Onlardan ikisi – "Neftçi” və "Qarabağ” bütün çempionatların iştirakçısı olub. Hər iki komanda yarışda 650-ci oyununu mövsümün ikinci yarısında keçirəcək.








































































