
“İyulun 2-də başladığımız Türkiyə toplanışında bu gün ilk yoxlama oyunumuzu keçirdik. Ümumilikdə götürsək, iki fərqli hissə izlədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov yoxlama oyununda "Keçiörengücü"nə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
"90 dəqiqədə bütün futbolçularımın hazırlıq səviyyələrini görmək istəyirdim. Uşaqların yorğun olmaqlarına baxmayaraq, meydançanın hər qarışı uğrunda yaxşı mübarizə getdi. Səhvlərimiz var, çalışacağıq ki, növbəti oyunlarda həmin səhvləri aradan qaldıraq və toplanışın sonunda tam hazır vəziyyətdə Sumqayıta qayıdaq” deyə o əlavə edib.