“Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacağam".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" klubunun yeni transferi Xuan Kamara klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə başlamaq üçün səbirsizləndiyini bildirib: "Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.
Qeyd edək ki, ispaniyalı vinger Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.