"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Everton" klubunda davam etdirməyə yaxındır.
Sportnet.az "talkSPORT" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Bosniya və Herseqavina millisinin üzvünə 2 illik müqavilə təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, hazırda İngiltərənin "Bornmut" klubuna məxsus 34 yaşlı qolkiper 2019-cu ildə "Qarabağ"ın formasını geyinib.