
Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” komandası yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib yerli “Şevardeni” klubu olub. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Dənizçilər"n qolunu 78-ci dəqiqədə Rauf Əliyev vurub.
Qeyd edək ki, “Səbail” Bakıdakı toplanışda “Keşlə”(1:1), “Qarabağ”-2 (0:0), “Qəbələ”(2:3) ilə yoxlama görüşləri keçirib. Komandanın Gürcüstan toplanışındakı növbəti rəqibləri hələlik açıqlanmayıb.