"Burada olmaqdan çox şadam. Yaxşı komandamız var. Günü-gündən özümüzü inkişaf etdiririk".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sabah"ın yeni transferi Coy-Lans Mikels klubun rəsmi yutub kanalına açıqlamasında Gürcüstanda davam edən təlim-məşq toplanışı barədə danışarkən deyib.
Almaniyalı futbolçu ideal formasından bir qədər uzaq olduğunu bildirib: "Tezliklə öz formamı qazanmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, "Sabah"a Niderland "Maastrixt"indən keçən 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2 illik müqaviləyə qol çəkib.