UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə "Qalatasaray"ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə qonaq komandadan penalti ilə Ceyson Kerr açıb. 60-cı dəqiqədə isə Saşa Buy bərabərlik qolunu vurub.
56-cı dəqiqədə "sarı-qırmızılar"ın qapıçısı Fernando Muslera meydandan qovulub. Bu səbəbdən, "Cim-Bom" görüşü azlıqda bitirib.
Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada “Yablonets”i məğlubiyyətə uğradıb - 4:2. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sını minimal hesabla yenibsə, "Anortosis" Avstriyada "Rapid"ə böyük hesabla uduzub - 0:3.
Avropa Liqası
5 avqust
III təsnifat mərhələsi, ilk oyunlar
18:00. “Kayrat” (Qazaxıstan) - “Alaşkert” (Ermənistan) - 0:0
19:45. “Yablonets” (Çexiya) - “Seltik” (Şotlandiya) - 2:4
20:00. “Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya) - 1:3
20:00. “Omoniya” (Kipr) - “Flora” (Estoniya) - 1:0
22:00. “Qalatasaray” (Türkiyə) - “Sent Conston” (Şotlandiya) - 1:1
22:00. “Mura” (Sloveniya) - “Jalgiris” (Vilnüs, Litva) - 0:0
22:30. “Rapid” (Avstriya) - “Anortosis” (Kipr) - 3:0
Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.