
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışında sonuncu yoldaşlıq oyununu keçirib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Dalğa Arena"dakı görüşdə rəqib Gürcüstan yığması olub. Qarşılaşma meyda sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandadan qolları 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar vurub.