Klublarına sadiq qalan futbolçuların siyahısı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "24smi.com" saytı araşdırma aparıb. Siyahıda "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams və "Neftçi"yə rəhbərlik etmiş İqor Netto da yer alıb.
Adams 1983 - 2002-ci ildə İngiltərə "Arsenal"ının formasını geyinib. Müdafiəçi 1988-ci ildə London təmsilçisinin ən gənc kapitanı olub və 14 il kapitanlıq sarğısını taxıb.
İqor Netto isə 1949 - 1966-cı illərdə Rusiyanın "Spartak" (Moskva) klubunun şərəfini qoruyub. 18 ilini paytaxt təmsilçisinə həsr etmiş keçmiş yarımmüdafiəçi bu göstəriciyə görə klub rekordunu da qırıb.
Siyahıda həmçinin avqustun 5-də İspaniya "Barselona"sından ayrılan Lionel Messi (2003 - 2021), İngiltərə "Mançester Yunayted"inin sabiq oyunçusu Rayan Giqqz (1990 - 2014), İtaliya "Milan"ının keçmiş müdafiəçisi Paolo Maldini (1984 - 2009), Moskva "Dinamo"sunun əfsanəvi qapıçısı Lev Yaşin (1950 - 1970), İtaliya "Roma"sının sabiq kapitanı Françesko Totti (1992 - 2017) və Rusiya MOİK-inin hücumçusu Vladimir Fedotov (1960 - 1975) da var.
Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. İqor Netto isə 1979-cu ildə "Neftçi"nin baş məşqçisi olub.