Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Sumqayıt" - "Zirə" (1:0) oyunu ilə bağlı fikirləri:
"Maraqlı oyun oldu. Xüsusilə də ikinci hissə sürətli keçdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"min baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 0:1 hesabə ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
39 yaşlı mütəxəssis bildirib ki, Premyer Liqaya nə qədər hazır olduqlarını çempionat oyunları göstərəcək: "Son yoxlama oyunumuz idi. Artıq 1 həftə sonra Premyer Liqanın ilk turunda "Qarabağ"la qarşılaşacağıq. Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk".