Finlandiyada HİK (Helsinki) və "Neftçi" klubları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransı təşkil olunacaq.
Bu barədə Sportnet.az-a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, hər iki komandanın baş məşqçiləri - Toni Koskela və Samir Abasov matçdan sonra media nümayəndələrinin qarşısına çıxacaq.
Komandanın zədəli futbolçusu Namik Ələskərovun durumuna da toxunan Abdullayev onun hələlik fərdi məşqlərlə kifayətləndiyini bildirib: "Ələskərov bir həftəlik fərdi hazırlıqdan sonra komandaya qoşulacaq. Yarımmüdafiəçinin Finlandiyaya aparılıb-aparılmayacağına baş məşqçi qərar verəcək".
Qeyd edək ki, avqusutn 12-də "Helsink Futbol Stadionu"nda oynanılacaq HİK - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 2:2.