Futbol üzrə dünya və Avropa çempionu almaniyalı Herd Müller vəfat edib.
Spprtnet.az xəbər verir ki, bu barədə Münhenin "Bavariya" klubunu məlumat yayıb.
76 yaşında dünyasını dəyişən keçmiş oyunçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Herd Müller üç dəfə Avropa çempionatının qalibi olub. Futbolçu 1964-1979-cu illərdə "Bavariya"da çıxış edib və Almaniya millisində oynayıb.
Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.