"Neftçi" klubun azarkeşləri Azərbaycan Premyer Liqasının l turunda "Qəbələ" ilə ev matçında maraqlı pankart açıb.
Sportnet.az-ın məlumatına görə, "Neftçimania" fan klubun üzvləri pankartda "Böyük oyun getdi, "böyük oyun" gəldi" yazıblar.
Burada həmçinin "Xəzər Lənkəran" klubun loqosu məzar daşına vurulub.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.