"Çempionat üçün darıxmışdıq. Komanda düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdı. Çətin olacağını bilirdik. Bu komandaya inamım çoxdur. Gələcək oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın l turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis qapıçı Nicat Mehbalıyevin oyunundan razı qaldığını söyləyib: "Onun çıxışını normal qarşılayıram. Gənc qapıçıdır".
Baş məşqçi bəzi komponentlərin üzərində işlədiklərini sözlərinə əlavə edib: "Penaltidə hər futbolçu qol vurmaq istəyir. Mən bu amili müsbət qarşılayıram. Hücum xəttimizdə sıxıntı var. Maraqlandığımız oyunçu da var. Amma rəsmi razılıq əldə etməmişik. Heyətə U-19 komandasından oyunçular cəlb etmişik. Onlara gələcək oyunlarda şans verəcəyik. Kapitan Asif Məmmədovun yüngül zədəsi var idi və bu səbəbdən oynamırdı".
Baxşıyev rəqibin üstün və mənfi cəhətlərindən xəbərdar olduqlarını deyib: "Futbolçular oyun ərzində bunun öhdəsindən gəlirdi".