AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, avqustun 19-dakı toplantı videokonfrans formatında olacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2022-ci ilin fevralından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi
2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi
3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi
4. Digər məsələlər