Fransanın PSJ klubunun futbolçusu Lionel Messi qeyri-müəyyən müddətədək sıradan çıxıb.
Sportnet.az "Infobae" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu dizindəki zədə ucbatından qarşıdakı bir neçə oyunu buraxacaq.
Argentinalı forvard sentyabrda Venesuelanı 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. Hazırda dizindəki ağrılar Messini narahat edir. Onun bərpa müddəti 1-2 ay da çəkə bilər.
Təcrübəli oyunçu İspaniyanın paytaxtı Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.