“Neftçi” Premyer Liqanın 10-cu turu – “Zəfər turu” çərçivəsində qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub.
Sportnet.az xəbər verir ki, birgünlük fasilədən sonra - noyabrın 2-də hazırlığı bərpa edən komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb.
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Keşlə” – “Neftçi” matçı sabah saat 19:00-da “ASK Arena”da keçiriləcək.