Braziliya A Seriyasının XXX turunda "İnternasional" və "Qremio" komandaları arasındakı matçda kütləvi dava baş verib.
Sportnet.az-ın məlumatına görə, final fitindən sonra meydan sahibinin azarkeşləri rəqibə atmaca atıblar.
Fanatlar "Qremio"nun loqosunun təsvir olunduğu karton tabutlar göstəriblər və onların aşağı liqaya gedişinə işarə vurublar. Tərəfdarlara "İnternasional"ın bir neçə futbolçusu da qoşulub.
Qonaq komandanın oyunçuları bundan narazı qalıb və nəticədə kütləvi dava başlayıb. Daha sonra polis hadisəyə müdaxilə etməli olub.
Qeyd edək ki, görüş "İnternasional"ın 1:0 hesablı qələbəsi ilə bitib. Komanda 30 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb. "Qremio" isə 26 xalla 19-cu sıradadır.
Jogadores do Inter ergueram caixões do Grêmio logo após vitória no Gre-Nal. A confusão se formou. pic.twitter.com/NN5eKPpaEO
— ge (@geglobo) November 6, 2021