Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.
O, hazırda danışıqların aparıldığını söyləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".
Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.