Azərbaycan Premyer Liqasının XI turunda keçiriləcək “Qarabağ” – “Keşlə” qarşılaşmasının biletləri oyun günü - noyabrın 19-da satışa çıxarılacaq.
Sportnet.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
Biletləri matçın oynanılacağı "Azersun Arena" və klubun Park Bulvarın 2-ci mərtəbəsində yerləşən fan-şopundan almaq olar.
Bildirilib ki, oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, görüş saat 19:00-da başlayacaq.