İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Feliks Afena-Qyana 800 avroluq idman ayaqqabısı alıb.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu addımı "Cenoa" ilə A Seriyasının XIII tur matçından sonra atıb. Paytaxt təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 18 yaşlı hücumçu "dubl" edib. Bu matç Afena Qyanın "Roma"da debütü olub.
Qeyd edək ki, hazırda "Roma" 22 xalla 5-ci yerdə gedir.
José Mourinho promised to buy wonderkid Felix Afena-Gyan [born in 2003!] new €800 shoes after match-winning brace for AS Roma in 10 minutes…
— Fabrizio Romano (@FabrizioRomano) November 22, 2021
…and he did it. “He was dreaming of these shoes, so I thought: let’s do it”. ????⤵️ @ohenegyanfelix9 pic.twitter.com/uY5ewVaQEu