Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol vurmaq şansını əldən verib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.
Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:2.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır.