
"Qarabağ"la səfərdə keçirdiyi Azərbaycan Premyer Liqasının XIII tur oyunu zamanı "Sabah" komandasının futbolçuları arasında mübahisə baş verib.
Sportnet.az-ın məlumatına görə, 71-ci dəqiqədə meydanın mərkəzində top uğrunda mübarizədən sonra Tiemoko Fofana Aleksey İsayeva irad bildirib. İsayev ona cavab qaytardıqda Fofana daha da aqressivləşib. İsayev məhz bundan sonra mübahisəni dayandıraraq, "hadisə yeri"ndən aralanıb.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 3:1.