
"Səbail" futbolçusu Turan Manafovla yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi ilə sözləşmənin müddəti 1 il uzadılıb.
Daha əvvəl Manafovun Yunanıstanın "Olimpiakos Volos" klubu ilə anlaşdığı və tezliklə müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.