
“Neftçi” “Sabah”a qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-də Bakıya qayıdan "ağ-qaralar" birgünlük fasilədən sonra – ayın 27-də məşqlərə başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib
Qeyd edək ki, fevralın 1-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçı saat 19:45-də başlayacaq.