
İtaliyanın "Fiorentina" komandasının futbolçusu Duşan Vlahoviç "Yuventus"a keçib.
Sportnet.az-ın məlumatına görə, serbiyalı hücumçu tibbi müayinədən sonra uzunmüddətli müqaviləyə imza atıb.
Onun transferi Turin klubuna 75 milyon avroya başa gəlib. 22 yaşlı forvard ilinə 7 milyon avro qazanacaq.
Qeyd edək ki, Duşan Vlahoviç "Fiorentina"ya 2018-ci ildə Serbiya "Partizan"ından keçib. İstedadlı forvard bu mövsüm İtaliya A Seriyasında 21 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə verib.