UEFA İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyi açıqlanıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək toplantıda aşağıdakı qərarlar qəbul olunacaq:
* AVRO-2024-ün final mərhələsinin təqvimi
* Ev sahiblərinin təyin olunması
- 2023-cü il UEFA Konfrans Liqasının final oyununun yeri
- 2023-cü il UEFA Konqressinin yeri
* Turnirlərdə qaydaların təsdiqi
- Avropa çempionatının seçmə və final mərhələsi
- 17 və 19 yaşadək futbolçular arasında Avropa çempionatları (2022/2023 mövsümü)
- 17 və 19 yaşadək qızlar arasında Avropa çempionatları (2022/2023 mövsümü)
- 19 yaşadək futzalçılar arasında Avropa çempionatı (2022/2023 mövsümü)
- Region Kuboku (2022/2023 mövsümü)
* Texniki qaydaların təsdiqi
- Qadınlar arasında Çempionlar Liqası üçün lisenziyalaşdırma qaydaları
- İntizam qaydaları (2022-ci il üçün)
- Avadanlıq qaydaları (2022-ci il üçün)
- Klubların Maliyyə Nəzarəti Orqanını tənzimləyən prosedur qaydaları (2022-ci il üçün)