Fransa millisinin sabiq futbolçusu Toni Verel 2 ili şərti olmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sportnet.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, buna 49 yaşlı keçmiş hücumçunun 2011-ci ildə törətdiyi hadisə səbəb olub.
Verel gecə klubundan çıxarkən atəş açıb və nəticədə 3 mühafizəçi yaralanıb. Ölkəsində "Lion", "Nansi" və "Lens" kimi klubların formasını geyinmiş sabiq forvard uzun müddət saxlanıldığı üçün bir ilə yaxın həbsdə qalacaq.
Qeyd edək ki, Toni Verel 1998 - 2000-ci illlərdə Fransa yığmasında 8 oyuna çıxıb və 1 qol vurub.