
Avstraliyanın baş naziri Skott Morrison seçki kampaniyası zamanı gülməli vəziyyətə düşüb.
Sportnet.az xəbər verir ki, o, Davenport şəhərində olarkən 8 yaşadək futbolçular arasında matçda iştirak edib.
Epizodların birində müvazinətini itirən nazir azyaşlı oyunçulardan birinin üstünə yıxılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayın. Ayağa qalxan siyasətçi etdiyi hərəkətlə uşağın könlünü alıb.