
“Neftçi” "Qarabağ"a qarşı Premyer Liqanın sonuncu - XXVIII tur oyununun hazırlığına start verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Zirə" ilə matçın ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, mayın 21-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" – "Neftiç” qarşılaşması saat 19:30-da başlayacaq.