İspaniyalı hakim Mateu Laos bu gün tarixə düşəcək.
Sportnet.az-ın məlumatına görə, 45 yaşlı referi iki gün ərzində iki final oyununu idarə etməklə buna nail olacaq.
Futbol tarixində indiyədək belə hal baş verməyib.
Təcrübəli ədalət təmsilçisi mayın 19-da "Əl-Hilal" və "Əl-Feyha" komandaları arasında Səudiyyə Ərəbistanı Kubokundakı həlledici görüşdə iş başında olub.
Laos bu gün Yunanıstan Kubokunun final matçını da idarə edəcək. "Panatinaikos" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, "Əl-Feyha" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyununun penaltilər seriyasında "Əl-Hilal"ı məğlub edib - 3:1.