"Neftçi"nin futbolçusu Sezar Meza Kolli zədələnib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyununda xəsarət alıb.
Onun yerinə meydana 27-ci dəqiqədə Ramon Maçado daxil olub.
Qeyd edək ki, "Qarabağ" hazırda 3:0 hesabı ilə öndədir.