Almaniyanın "Borussiya" (Dortmund) klubunun yeni baş məşqçisi bəlli olub.
Sportnet.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Edin Terziç gətirilib. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.
Terziç bu vəzifədə Marko Rozeni əvəzləyib. Gənc mütəxəssis bunadək "Borussiya"nın texniki direktoru postunda çalışırdı.
Qeyd edək ki, Edin Terziç daha əvvəl Türkiyənin "Beşiktaş" və İngiltərənin "Vest Hem" klublarında köməkçi məşqçi işləyib.