"Neftçi" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) növbəti iclasının vaxtı bəlli olub.
Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, yığıncaq iyunun 2-nə nəzərdə tutulub.
Lakin klub rəsmisi tarixlə bağlı dəyişikliyin ola biləcəyini də istisna etməyib: "İclasın vaxtı tam dəqiqləşməyib. Bu, yığıncaq iştirakçıları ilə bağlıdır".
İclasda "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun klubdakı taleyinə aydınlıq gələcək. Yığıncaqda, həmçinin, komandanın nəticələri və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq.