
İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Mane Almaniya "Bavariya"sı ilə anlaşıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter səhifəsində paylaşım edib.
O, 30 yaşlı hücumçunun Münhen təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırdığını yazıb. Anlaşmaya əsasən, sözləşmənin müddəti 3 il olacaq. Bundesliqanın son çempionu qarşı tərəfə təzminat olaraq 30 milyon avro və əlavə bonuslar təklif edəcək.
Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.